Təbii bitkilərin faydalı xüsusiyyətləri insanlara qədim zamanlardan məlumdur. Uzun illər keçməsinə baxmayaraq zamanın sınağından uğurla çıxan təbii bitki məhsulları elmi-texniki tərəqqi əsrində belə insanlar arasında öz əhəmiyyətini itirməmişdir. Son zamanlar təbii mənşəli, o cümlədən tərkibi təbii bitkilərlə zəngin olan məhsullara tələb hər keçən gün artmaqdadır. Bunun açıq dəlili isə gündəlik qida istehlak səbətimizin əsasını çörəkdən sonra çayın təşkil etməsidir. Hətta pəhrizdə olan biri çörəyi gündəlik qida rasionundan çıxardır, ancaq çaydan imtina etmir. Bu da onu göstərir ki, orqanizmin qidalanmasında çayın xüsusi yeri vardır. Elə bu minvalla biz “BUTAM” çay brendini təsis etdik. Brend 2016-cı Herba Flora şirkəti tərəfindən təsis edilmişdir. Brendin və çay məhsullarımızın yaradılmasında məqsədimiz itehlakçıları təbii tərkibli çay məhsulları ilə təmin etməkdir. Ağız dadınıza “BUTAM” çayla ləzzət qatın!..

instagram feed

ADDRESS
Bakı şəh., Sabunçu r-nu., Bakıxanov qəs., B. Bünyadov küç. 2578-ci məhəllə
sosial
ƏLAQƏ
(+994 12) 447 57 04
info@butamcay.az
Style switcher RESET
Body styles
Color scheme
Background pattern
Background image