Yaşıl çay

Yaşıl çay — çay içkisinin növlərindən biri. Faydalılığına görə insan orqanizminə əhəmiyyətinə və müəyyən
xüsusiyyətlərinə görə qara çaydan fərqlənir. Yaşıl çayın önəmli bir funksiyası da ondan mütəmadi istifadə
edənləri arıqlamağa kömək etməsidir. Belə ki, orqanizmə düşən kimi maddələr mübadiləsini tənzimləyir.
Gün ərzində 2-3 fincan yaşıl çayın qəbul edilməsi tədricən 100 kkal arıqlamağa kömək edir. 1 ildə əziyyət
çəkmədən və ya pəhriz saxlamadan 4 kq-ma qədər arıqlamaq mümkündür. Yaşıl çay orqanizmdə yağ və
yağ turşularının sorulması və qlükozanın səviyyəsini tənzimləyir. Yaşıl çay istifadə etməklə,
qidalanmadan sonra qanda şəkərin səviyyəsi yavaşlayır, qlükozanın səviyyəsi isə normallaşır. Şəkərli
diabet, və ya daxili ifrazat vəzilərinin xəstəliyindən əziyyət çəkən insanlar üçün gündəlik yaşıl çayın
içilməsi faydalıdır. Yaşıl çay qəhvədən heç də az gümrahlıq gətirmir, buna baxmayaraq tərkibində
kofeinin miqdarı əhəmiyyətli dərəcədə aşağıdır. Kofeinə həssaslığı olanlara isə yaşıl çayı içmək tövsiyə
olunmur. Onu da qeyd edim ki, hazırda ən çox yaşıl çay növləri məhz “BUTAM” çay brendinə aiddir. Tam
6 növdə.
 Butam Naxçıvan buketi
 Butam Yaşıl çay sadə
 Butam Yaşıl çay, mixəklə
 Butam Yaşıl çay, mixək və darçın
 Butam Yaşıl çay, nanə və darçın
 Butam Yaşıl çay, nanə və limonlu
Nuş olsun!

Style switcher RESET
Body styles
Color scheme
Background pattern
Background image