Azərbaycanda çayın tarixi…

Azərbaycana çay kolları ilk dəfə 1912-ci ildə gətirilmiş və iqlim cəhətdən də Lənkəran bölgəsi uyğun
olduğu üçün bu bölgədə əkilmişdir. Çay zavodu isə çox illər sonra ilk dəfə olaraq 1937-ci ildə yenə
Lənkəranda inşa edilmiş və ancaq bundan sonra Azərbaycanda çayın kütləvi şəkildə istehsalına start
verilmişdir.
Azərbaycanda təkçə 1970-1980- ci illərdə 36 000 hektar sahədə çay əkilib becərilmiş və 34 000 tondan
çox çay istehsal edilmişdir. Həmin ərəfələrdə isə artıq 15 zavod tikilib istifadəyə verilmişdi. Yerli çayın
istehsalı ölkəmizdə ilk dəfə 1980-ci illərin ortalarında maksimum həddə çatmışdır. Həmin vaxt bu
göstərici 8,6 min ton olaraq qeydə alınmışdır. O vaxtlarda çay kolluqlarının sahələri isə 13,4 min hektar
olub. 300 milyon əhalisi olan keçmiş SSRİ-nin çaya təlabatının 10%-ə qədəri Azərbaycan çayı hesabına
ödənilirdi. O dövrlərdə Azərbaycanın cənub bölgəsində çay emalı ilə məşğul olan 10-dan çox fabrik artıq
fəaliyyət göstərirdi. Ümumi olaraq Azərbaycanda çay əsasən Lənkəran, Astara, Masallı və Zaqatala
ərazisində yetişdirilir.

Add Comment

Your email address will not be published. Required fields are marked *

Style switcher RESET
Body styles
Color scheme
Background pattern
Background image